“Bakı Kristal Zalı”na yeni rəhbər TƏYİN EDİLDİ

Elçin Məmmədov Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-nin Baş direktoru təyin edilib.

Metbuat.az xəbər verir ki, o, bu vəzifədə Murad Rəhimovu əvəz edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə “Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR