Bakıda yeniyetmə parkda qan tökdü

Bakıda kütləvi dava olub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Bakı Konqres Mərkəzinin parkında baş verib. Burada üç-dörd yeniyetmə arasında naməlum səbəbdən münaqişə yaranıb.

Münaqişə zamanı dava iştirakçılarından biri digərini bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq silah və silah qismində istifadə olunan əşyalardan törədildikdə) maddəsilə cinayət işi açılıb. Hadisəni törədən yeniyetmə barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

Məhkəmə istintaqı davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR