Rusiyada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, nəticələrə görə Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində 87 faiz səslə qalib gəlir.

Məlumata görə, ikinci yeri Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov (4,6%), üçüncü yeri “Yeni insanlar” partiyasından namizəd olan Vladislav Davankov (4,2%), dördüncü yeri "LDPR" partiyasının lideri Leonid Slutski (3%) tutur. Bülletenlərin daha 1,2 faizi etibarsız sayılacaq.

Sorğu martın 15-dən 17-dək seçki məntəqələrində aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı