Arda "Real"ın planını pozdu - Ançelotti fikrindən daşındı

“Real Madrid”in “Osasuna” üzərində 4:2 hesablı qələbə qazandığı matçda mərkəzdən qol vurmağa yaxın olan Arda Güler barədə İspaniya mediası xəbərlər dərc etməkdə davam edir.

Metbuat.az xəbər verir ki, “Marca” qəzeti Ardanın istedadı barədə maraqlı fikirlər səsləndirib. “Marca” matçın son dəqiqələrində Arda Gülerə şans verən baş məşqçi Karlo Ançelottiyə səslənib. Xəbərdə Ançelottiyə "Ardanı 5 dəqiqədən çox izləməyimizin vaxtıdır" deyə bildirilib. Yerli media iddia edir ki, Ardanın uğurlu oyunundan sonra Ançelotti ona daha çox şans verməyin lazım olduğu qənaətinə gəlib. Hesabdan asılı olaraq Arda daha çox şans əldə edə bilər. Bildirilir ki, Arda uğurlu oyunu davam etdirsə, “Real” onu mövsümün sonunda icarəyə göndərmək fikrindən daşına bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR