Heç vaxt zəngin olmayacaq üç bürc - Pulu sevmirlər

Astroloqlar düşünürlər ki, bəzi insanlar xaraktercə maddi nəsnələrə daha az maraq göstərən olurlar. Belə ki, onların xasiyyəti lüks həyat yaşamağa görə deyil.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu cür insanlar minimalist olurlar, "az insan və az əşya" prinsipi ilə yaşamağı sevirlər. Ona görə də, pul qazanmağa bir o qədər də meyl etmirlər.

Astroloqlar bu cəhətdən üç bürcün seçildiyini qeyd edir. Bunlar Oğlaq, Balıqlar və Əqrəb bürcləridir. Bu bürclərin ortaq xüsusiyyəti həyatda maddiyyatdan daha çox emosiyalara və hüzura önəm vermələridir. Çox pul əldə etmək onlar üçün həmişə arxa plandadır, ona görə də, qarşılarına çox yaxşı bir fürsət çıxmadığı təqdirdə, daim yoxsul olurlar.

Eyni zamanda bu bürclərin risk etmə bacarığı da zəifdir - onlar risk etməkdən çəkinir, əllərindəki ilə yetinir, az ilə qane olmağa çalışırlar. Bu xasiyyətləri onlara ailə və dost mühitindəki ünsiyyətdə problem yaratsa da, onlar öz prinsiplərini pozmamağa üstünlük verirlər.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı