Ay sonu bu bürclər üçün çətin keçəcək - İş, pul itkisi...

Astroloqlar düşünürlər ki, martın son günləri bəzi bürclər üçün xoşagəlməz hadisələrlə yadda qala bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, sözgedən bürclər aşağıdakılardır:

Dolça bürcü altında doğulan insanlar ayın sonunda maddi itkilərlə üzləşə bilərlər. Ona görə də, iş həyatında diqqətli olmaq lazımdır. Planlı hərəkət etsəniz, itkilərinizi kompensasiya etmək mümkün olar.

Xərçəng bürcü altında doğulan insanlar martın sonunda pis xəbərlər eşidə bilərlər. Bu daha çox ailə və dost mühiti ilə əlaqədar olacaq. Bu müddətdə özünə inamı itirməmək önəmlidir, əks halda "qara zolaq"dan çıxmaq çətin olacaq.

Oxatan bürcləri ayın sonunda iş itkisi ilə üzləşə bilərlər. Daha aşağı vəzifəyə keçmə və yaxud gəlirin azalması halları yaşana bilər. Bu dövrdə ünsiyyətdə olduğunuz insanlarla yaxşı münasibəti qoruyub saxlamaq çətin vəziyyətdən çıxmaq üçün əsas açar rolunu oynayacaq.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR