Əfqanıstanın cənubunda, Pakistanla sərhədin yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Qeydə alınan zəlzələnin episentri Pakistanla sərhəddən təxminən 16 kilometr aralıda yerləşib.

Seyranə Quliyeva / Metbuat.az