Ölkəyə gələn turistlərin sayı artıb - STATİSTİKA

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 167 ölkəsindən 341,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Metbuat.az bildirir ki, Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İran, 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,7 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Pakistan, 2,1 faizi Küveyt, 1,8 faizi Özbəkistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,3 faiz olmaqla Oman və Ukrayna, 1,1 faizi Belarus, 11,2 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 73,9 faizini kişilər, 26,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə, Polşadan - 47,7 faiz, Türkiyədən - 38,8 faiz, Fransadan - 38,5 faiz, Ukraynadan - 31,7 faiz, Pakistandan - 28,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 27,6 faiz, Almaniyadan - 27,0 faiz, Gürcüstandan - 24,5 faiz, ABŞ-dən - 24,3 faiz, Moldovadan - 23,9 faiz, Rusiyadan - 21,5 faiz, Niderlanddan - 20,9 faiz, Belarusdan - 14,0 faiz, Böyük Britaniyadan - 13,9 faiz, Qətərdən - 11,9 faiz artıb.

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 68,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 11,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,4 faiz artaraq 122,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 31,0 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 36,0 faiz artaraq 296,5 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 38,5 faiz, Gürcüstana gedənlərin sayı 32,2 faiz, Rusiyaya gedənlərin sayı 30,6 faiz, Türkiyəyə gedənlərin sayı 30,1 faiz artıb.

Azərbaycan vətəndaşlarının 37,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiyaya, 9,7 faizi Gürcüstana, 8,5 faizi İrana, 22,0 faizi digər ölkələrə səfər edib. Gedənlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil edib.

2024-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR