Ən hiyləgər iki bürc - Hamını aldadırlar

Astroloqlar hesab edilər ki, bürclər arasında yalana ən çox meyilli olan bürclər Oğlaq və Əqrəb bürcləridir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu iki bürc altında doğulan insanlar digər insanlara nisbətən yalan danışmağa, qarşısındakı insanı aldatmağa meyilli olurlar. Heç də həmişə pis niyyətli olmasalar da, onlarla bu "şərtlər" daxilində yoldaş olmaq əksər insana çətin ola bilər.

Oğlaqlar üçün həyatda ən önəmlisi onların öz hədəfləridir - onlar bu hədəflərə çatmaq üçün az qala hər yola əl atarlar. Odur ki, qərarlarınız onların hədəfləri ilə zidd olacaqsa, sizə qarşı asanlıqla hiyləgər və yalançı birinə çevriləcəklər. Onlar sizə pislik etmək üçün deyil, sırf özləri zərər görməmək üçün yalan danışırlar, ona görə də, onların yalanlarını "ağ yalan" adlandırmaq olar.

Əqrəb bürcü altında doğulan insanlar təkcə öz hədəfləri üçün yalan danışmırlar. Bəzi hallarda qisas və intiqam da onlar üçün yalana, hiyləyə səbəb ola bilir. Onlar bu addımlarının qurbanı olsalar da, yalan söyləməyə davam edə bilərlər - çünki bu, onların dəyişməz xarakteridir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR