Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəran rayonunda ağır yol qəzası olub.

Metbuat.az-ın məlumatına görə, yol qəzası rayonun Liman şəhəri ərazisində baş verib.

Belə ki, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR