Tanınmış şərhçi vəfat etdi

Rusiyalı məşhur futbol şərhçisi Vasili Utkin vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, idman jurnalisti bu gün 53 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Utkin 1989-cu ildə televiziyada işləməyə başlayıb. Daha sonra Rusiyanın NTV kanalında şərhçiliyi ilə məşhurlaşıb. 2010-cu il sentyabrın 1-dən 2015-ci il avqustun 31-dək Utkin "NTV Plus" idman kanalının baş redaktoru vəzifəsində çalışıb. O, 2004 və 2005-ci illərdə TEFI mükafatı üzrə ilin “Ən yaxşı idman şərhçisi” nominasiyasında qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR