“Azərbaycanın təklifi ilə “Dağlıq Qarabağ” termin sənədlərdən çıxarıldı" – Deputat

“Bekçikanın paytaxtı Brüsseldə keçirilən Avronest Parlament Assambleyasının (PA) Enerji Təhlükəsizliyi Komitəsində Avropa Parlamentinin üzvünün hazırladığı məruzə ölkəmizə qarşı qərəzli olduğu üçün nümayəndə heyətimizin etirazı və əsaslandırılmış arqumentləri nəticəsində müzakirədən tamamilə çıxarıldı. Azərbaycanın təklifi ilə növbəti iclas üçün məruzənin mövzusu "Şərq Tərəfdaşlığı ölkələrində daha dayanıqlı gələcəyə doğru qarşılıqlı əlaqəli enerji sisteminin çağırışlarının paradiqması" seçildi. Ümumiyyətlə, 4 komitənin ikisində Azərbaycanın mövzu təklifi tamamilə, birində isə birləşdirilərək dəstəkləndi”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Vüqar Bayramov edib. O bildirib ki, Avronestin bu ilki komitə və plenar iclasları Azərbaycan üçün kifayət qədər faydalı olub:

“Nümayəndə heyəti Azərbaycan əlehinə olan bütün düzəlişlərin qəbul olunmamasına nail ola bildi. Azərbaycanın təklifi ilə “Dağlıq Qarabağ” kimi keçmişdə qalan termin sənədlərdən çıxarılmaqla yanaşı, həmçinin “Alma-Ata Protokolu” ilə bağlı nümayəndə heyətimizin mövqeyi nəzərə alındı. Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili sosial komitənin sədri seçildi.

Bütövlükdə, bu iclas Azərbaycan reallıqlarının bir daha təqdim edilməsi baxımdan çox vacib tədbir oldu. Nümayəndə heyətinin bütün üzvləri fərqli məsələlər ilə bağlı dəfələrlə öz fikirlərini bölüşdülər. İqtisadiyyat, enerji və siyasi komitələrdə bir neçə dəfə çıxışlarım zamanı müxtəlif vacib məsələlər ilə bağlı mövqeyimizi təqdim etdim. Çıxışlarım zamanı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları, nəqliyyat sahəsində əməkdaşlıq, Azərbaycanın Ukrayna və Avropa İttiffaqının enerji təhlükəsizliyinin güclənməsində rolu, yaşıl enerjiyə keçid və digər məsələlərə toxunmuşam”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR