Soyuq hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında martın 22-si səhərdən 24-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Mərkəzi Aran, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 23-ü səhər və gündüz yağıntıda fasilə olacaq.

Qərb küləyi 23-ü gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında martın 23-ü günün ikinci yarısından 24-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s, 23-ü axşam yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 23-ü gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR