Xankəndidə 3 avtomat, 2 qumbara aşkar edilərək götürülüb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 22-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 qumbara, 9 patron darağı, 60 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR