Şəmkirdə ağır qəza - 1 ölü, 3 yaralı var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az Report-a istinadən bildirir ki, hadisə Yeni Həyat kəndində qeydə alınıb. Avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR