Araz Abdullayevin yeni klubu məlum oldu

"Zirə” yeni futbolçu ilə anlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Məlumata əsasən, Bakı təmsilçisi Araz Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR