Əməkdar jurnalistə ağır itki üz verdi

Əməkdar jurnalist, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müşaviri Abbas Əliyevə ağır itki üz verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tanınmış jurnalistin anası, əməkdar tibb işçisi Rüxsarə Səfərəliyeva vəfat edib.

Dəfn mərasimi Zərdabda baş tutacaq.

Qeyd edək ki, A.Əliyevin atası Murad Əliyev də ötən il dünyasını dəyişib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR