Peskov terroru İŞİD-in törətməsi fikrinə şərh vermədi

Kremlin sözcüsü Dmitri Peskov İŞİD terror qruplaşmasının Moskvadakı terror hadisəsində əli olması ehtimalına şərh vermək istəməyib.

Metbuat.az rus mediasına istinadən bildirir ki, o, diqqəti Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarına yönəltməyə çağırıb.

Qeyd edək ki, martın 22-də baş vermiş terror hadisəsinin İŞİD tərəfindən törədildiyi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Eyni zamanda, bir çox siyasətçilər bunun mümkün ola biləcəyini hesab edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR