Gimnastımız beynəlxalq turnirdə bürünc medal qazandı

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Ayan Sadıqova Qazaxıstanın Astana şəhərində keçirilən “Alem Cup” beynəlxalq turnirində bürünc medal qazanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, o, lentlə hərəkətlərin icrasında buna nail olub.

Qeyd edək ki, yarışda ölkəmizi beynəlxalq dərəcəli hakim Aliyə Paşayeva təmsil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR