Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə etdi

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

***

21:46

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda növbəti qol vurulub.

Metbuat.az xəbər verir ki, Azərbaycan millisi 87-ci dəqiqədə hesabı bərabərləşdirib - 1:1.

Komandanın heyətində Musa Qurbanlı fərqlənib.

***

21:20

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda hesab açılıb.

Metbuat.az xəbər verir ki, qonaqların heyətində Filip Krastev 59-cu dəqiqədə fərqlənib.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

***

20:05

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsindəki yoldaşlıq oyunu başlayıb.

Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürüb. Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR