Arda "Real"a üsyan etdi - Sərt xəbərdarlıq aldı

İspaniya mediası Arda Gülerlə bağlı diqqətçəkən iddia dərc edib.

Metbuat.az xəbər verir ki, Arda Güler intizamsız rəftarına görə "Real Madrid"dən xəbərdarlıq alıb. “Relevo”dakı xəbərdə bildirilir ki, Ardanın intizamsız davranışları barədə məlumatlar baş məşqçi Karlo Ançelottinin qulağına çatıb. Məlumata görə, “Real Madrid” rəhbərliyi Arda Gülerə bir sıra xəbərdarlıqlar edib. İddialara görə, Arda əsas heyətdə az vaxt aldığına görə, intizamsız davranıb.

“Relevo”da dərc olunan xəbərdə deyilir ki, Arda Güler boş vaxtlarında intizamsız hərəkətlər edib və bu barədə komandadakı bəzi şəxslər klub rəhbərliyinə məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR