Haaland futbol qaydaları ilə bağlı maraqlı təklif verdi

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland futbolda onu ən çox narahat edən şeyləri açıqlayıb və təkliflər verib.

Metbuat.az xəbər verir ki, Haaland cərimə zərbələri zamanı futbolçuların topu bir neçə metr sürüşdürərək özlərinə sərfəli yerə qoyduğunu bildirib. Norveçli ulduz bildirib ki, yan xətt də daxil olmaqla, xətt texnologiyasından bütün meydanda istifadə edilməlidir. Haaland “Mançester Siti”nin rəsmi podkastına müsahibəsində deyib.

"İlk istəyim qapı xətti texnologiyasını meydançanın hər yerinə gətirməkdir, belə ki, siz həmişə topun nə vaxt oyundan kənar olduğunu bilirsiniz. Amma məni həqiqətən narahat edən şey, topun yan xətdən oyuna daxil edilməsidir. Əgər bu nəzarət edilsə, heç kim çox yer dəyişə bilməz. Nə qədər uzağa gedə biləcəyinizin və nə qədər vaxtda topu oyuna daxil edilməsinin həddi olmalıdır. Düşünürəm ki, gələcəkdə də belə olacaq" – Haaland deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR