Qvardiola "Fənərbaxça"nın türk ulduzunun transferi barədə təlimat verdi

İngiltərə mediası “Fənərbaxça"nın müdafiəçisi Ferdi Kadıoğlunun “Mançester Siti” ilə müqavilə imzalayacağını irəli sürüb.

Metbuat.az xəbər verir ki, "Mançester Siti"nin futbolçunu izlədiyi və yay transfer dönəmində onu heyətinə qatmaq istədiyi bildirilib. Məlumata görə, Pep Qvardiola klubun müdafiə xəttinə yeni futbolçular cəlb etmək istəyir. Sol cinah müdafiəçisi Serxio Gomezin klubdan gedə biləcəyini nəzərə alan klub rəhbərliyi Ferdi Kadıoğlunu transfer etməkdə maraqlıdır.

İddialara görə, “Mançester Siti” Ferdi Kadıoğlu üçün “Fənərbaxça”ya 25 milyon avro ödəniş edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR