Avropa Birliyi sülhə əngəl yaradır - Deputat

"Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi əslində boşboğazlıqla məşğuldur. Yerli siyasi situasiyanı anlamadan belə bir addımı atır. Bu ərazilər hansısa anklav xarakteri daşımır. Birbaşa Azərbaycan sərhədlərinə bağlı ərazilərdir".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, ərazilər dərhal qaytarılmalıdır:

"Burda başqa bir yeni fikir icad etməyə ehtiyac yoxdur. Bu ermənipərəst mövqeyi davam etdirmək istəyirsə, başqa bir məsələdir. Bütövlükdə bunu Avropa İttifaqının siyasəti kimi sırımağa çalışırsa, onda həm də Avropa İttifaqının özünü pis vəziyyətdə qoyur. Çünki, tərəflər əgər razılaşırsa, sülh yolu ilə işğal olunmuş torpaqların qaytarılması məsələsində hansısa bir problem qalmırsa, buna Avropa İttifaqının maneçilik törətməsi əslində sülhü əngəlləmək təşəbbüsləridir. Azərbaycan bu cür təşəbbüslərlə çıxış edən bütün qüvvələrə qarşı çıxmağa gücü çatan dövlətdir".

Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycan mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb. Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə özünün "X" hesabında Klaara cavab olaraq sözügedən kəndlərin ərazi mübahisəsi məsələsi olmadığını bildirib.

Seyranə Quliyeva / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı