Zaur "Bizimləsən" barədə verilən qərarın səbəbini açıqladı - VİDEO

Xəbər verdiyimiz kimi aparıcı Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişinin vaxtı azaldılıb.

Metbuat.az xəbər verir ki, bu barədə o efirdə açıqlama verib. Aparıcı verilişin vaxtının azaldılmasının özünün istəyi ilə olduğunu irəli sürüb.

“Mən övladlarıma da vaxt ayırmaq istəyirəm. Rəhbərlik də bunu bilir, dəfələrlə bu barədə söhbətimiz olub. Sabahdan etibarən 16:30-dan 19:00-a qədər efirdə olacam, bu, mənə bəs edər” - Z.Baxşəliyev bildirib.

Qeyd edək ki, sözügedən verilişin əvvəlki efir vaxtı 4 saat idi.

Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR