Çox duzlu yemək bu xəstəlikləri yaradır

Duzun orqanizmə faydaları ilə yanaşı, zərərləri də az deyil. Duzdan çox istifadə edilməsi bir sıra xəstəliklərə səbəb ola bilər.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, duzun zərərli təsirləri aşağıdakılardır:

- Həddindən artıq duz istehlakı yad maddələrə və bakteriyalara qarşı mübarizə aparan qoruyucu funksiyanı azaldaraq immunitet sistemini zəiflədir.

- Böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Həddindən artıq duzlu qidalanma səbəbindən sidiklə kalsium ifrazı artır. Nəticədə böyrək daşı əmələ gəlir.

- Böyrəkləri zədələyir. Duzlu pəhriz böyrək hüceyrələrində təzyiqin artmasına səbəb olur. Nəticədə sidiklə zülal ifrazı artır və uzun müddətdə böyrəkdə qalıcı zədələnmələr baş verə bilər.

- Damarları zədələyir. Həddindən artıq duz istehlakı damar quruluşunu pozur və qan təzyiqini artırır, damar xəstəlikləri səbəbiylə demans riskini sürətləndirir.

- Göz pozğunluğuna və görmə itkisinə səbəb ola bilər. Həddindən artıq duz yüksək təzyiqə səbəb olur. Nəticədə şəkərli diabet və korluğa qədər göz xəstəlikləri yarana bilir.

- İnsulin müqavimətini artıra bilər. Həddindən artıq duz və yüksək natrium qanda leptinin səviyyəsini artırır. Nəticədə qarın nahiyəsində piy hüceyrələri artır. Qarın piylənməsi ilə bel ətrafı genişlənir və insulin müqaviməti artır.

- Qan təzyiqini artırır. Duzlu qidalanma ilə qan təzyiqi yüksəlir və təzyiqi azaltmaq üçün antihipertenziv dərmanların qəbulu artır. Çünki duz təzyiq dərmanlarının təsirini azaldır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı