Bu ərazilərə qazın verilişi dayandırılacaq

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı 28.03.2024-cü il tarixdə saat 09:00-dan “Kürdəmir” və “Göyçay-1 Əhali” ölçü qovşaqlarından, “Sığırlı” və Göyçay 2” ölçü qovşaqlarından qidalanan orta təzyiqli əhali qaz xətlərindən qaz təchizatının dayandırılması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR