Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan “Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov vəzifəsindən azad edilib.
Metbuat.az-ın məlumatına görə, həmin vəzifəyə Qurbanov Əli Qurban oğlu gətirilib.
Əli Qurbanov “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının rəhbəridir. O, 1998-ci ildən BP şirkətində fəaliyyət göstərib. 2011-ci ildən isə SOCAR-da çalışıb.
Qeyd edək ki, Şahmar Hüseynov “Azneft” İstehsalat Birliyinin direktoru vəzifəsində 2019-cu ildən çalışırdı.