“Barselona” bu məşqçilərin adını namizədlər sırasından sildi

“Barselona” rəhbərliyi bəzi məşqçilərin adını namizədlər sırasından silib.

Metbuat.az xəbər verir ki, əvvəllər klubun gündəmində olan məşqçilər “Barselona” üçün artıq maraqlı deyil. Xarici KİV-lərin məlumatına görə, adları siyahıdan silinən məşqçilər Julian Nagelsmann, Roberto De Zerbi, Tomas Tuxel və Mikel Artetadır. Məlumata görə, Roberto De Zerbi maddi problemlərə görə siyahıdan çıxarılıb. Digər məçqçilər isə “Barselona”nı qane etmir. Bildirilir ki, hazırda “Barselona” Xavi Hernandezi klubla saxlamağa cəhd edəcək. Klubun son oyunları rəhbərliyi qane edir. Çempionlar Liqasındakı uğur Xavinin qərarını dəyişməsinə səbəb ola bilər.

Qeyd edək ki, Xavi Hernandez mövsümün sonunda klubdan gedəcəyini açıqlayıb.

İdman oyunları üçün ən yaxşı əmsallar burada - https://mostbet-azerbaycan.bet/


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR