"Mançester Yunayted"dən sürpriz həmlə - Arda üçün böyük şans yaranır

İngilis iş adamı Cim Ratkliffin "Mançester Yunayted" ortaq olmasından sonra klub yeni transferlər reallaşdırmaq üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Mançester Yunayted"in siyahısında "Real Madrid"də icarə əsasında çıxış edən Xoselu da var. “Relevo”nun məlumatına görə, futbolçunun transfer hüququ “Espanyol”da olduğu üçün "Mançester Yunayted" “Espanyol”u razı salmalıdır. "Mançester Yunayted" rəhbərliyi hesab edir ki, hücumçu əvvəllər İngiltərə çempionatında oynadığı üçün kluba uyğunlaşmaqda çətinlik çəkməyəcək. Xoselunun “Real Madrid”dən getməsi Arda Gülerin heyətə düşmə imkanını daha da artıracaq.

Qeyd edək ki, “Real Madrid”də ümumilikdə 40 matça çıxan ispaniyalı hücumçu 15 dəfə fərqlənib, 3 dəfə məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR