​Şərq dünyasının güclü qadın simvolu Yasmin Teymuri The Globe Galada - FOTO

Tarixin müxtəlif dövrlərində Şərq qadının qarşısında müxtəlif maneələr dursa da, bu gün artıq o, azaddır, bacarıqlarını kəşf edərək inkişaf edir. Bu tendensiya işgüzar şərq qadını üçün ciddi təkandır.

O, məqsədinə doğru əmin addımlarla irəliləyən cəsur Şərq qadınıdır. Fars irsinə dərin köklərlə bağlı olan işgüzar xanım Yasmin Teymuri ilk iş həyatına gənc yaşlarında Dubayda başlayıb. Yasmin Teymuri əvvəlcə otel sənayesinə resepsionist kimi daxil olur və üzgüçülük üzrə məşqçi kimi davam edir. Bundan sonra sahibkarlıq ruhu sayəsində o, daşınmaz əmlak sənayesində 15 illik təcrübə yaşayır. Biznes dünyasında özünə yer edən Yasmin Teymuri 2011-ci ilin noyabrından Dubayda qadınlar üçün sağlamlıq klubu, spa və gözəllik mərkəzi təsis edir. Bu mərkəz gənc biznes ledi üçün sadəcə biznes demək deyildi, eyni zamanda təbii gözəlliyi və rifahı təbliğ etmək həvəsinin təzahürü idi.

Mənəviyyatımız kim olduğumuzun göstəricisidir. İşgüzar xanımın iş və şəxsi həyatında ilham mənbəyi kainatla olan bağlılığıdır. Bu mübadilə onun biznes və şəxsi həyatında arzu və məqsədlərinə çatmaq üçün bir mənəvi yolçuluqdur. Məhz bu yol ona çətinliklərin öhdəsindən gəlməyə və uğura çatmağa kömək edir. Yasmin Teymuri eyni zamanda kainatla olan münasibətindən bəhs etdiyi "Kraliçaların sirləri" kitabının müəllifidir.

Yasmin Teymuri, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Innovative Entrepreneur of the Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR