​Qətərli dəb dizayneri Amal Ameen beynəlxalq seçimlərin qalibi oldu - FOTO

Qətərli dizayner, moda ikonu, Amal Ameen zəngin ənənələrlə müasir estetikanı bir araya gətirən işgüzar xanımdır. Uşaqlıqdan Amalın incəsənətə olan həvəsi onu Qətərdəki nüfuzlu Virciniya Universitetinə ali təhsil almağa sövq edir. Təhsilini başa vurduqdan sonra o dizayn şirkəti təsis edib və fəaliyyətə başlayır.

Loqo tərtibi, brendinq və korporativ dizaynla məşğul olan şirkət onun bədii vizyonunun formalaşmasında ilk addım idi.

2006-cı ildə Asiya Oyunlarında Amal Ameenin şirkəti ən böyük İslam sərgisində iştirak edir və İslam Muzeyi tikmək üçün seçilir. Bu fəaliyyəti ilə beynəlxalq medianın diqqətini cəlb edən gənc işgüzar xanım tapşırığın öhdəsindən məharətlə gəlir.

Çoxillik təcrübə, bilik və bacarıqlarından yola çıxan işgüzar xanım qrafik, interyer və moda dizaynı kimi dövrün tələbi olan üç tendensiyanı bir araya gətirərək “Triple Trend Design” evini təsis edir. O, reklam və dizayn xidmətlərini Qətərdən dünyaya uğurla təqdim etməklə dövrün nəbzini tutan reformatordur. Amal Ameen bu gün beynəlxalq dizayn səhnəsində özgüvənli qadın simvoludur.

Amal Ameenin qurucusu olduğu çoxsaylı nüfuzlu biznes layihələrindən biri olan “La Boutique Blanche” unikal multibrend mağazasıdır. İşgüzar xanım və motivasiyon natiq kimi o, cəmiyyətin müxtəlif təbəqələrindan olan qadınlara xitab edir. Ondan ilham alan gənc nəsil dizaynerlər bu seqmentdə geniş potensialı görüb onun açdığı cığırla getməyə başladılar.

Karyerası boyunca Amal Ameen uğurlu işgüzar xanım kimi dəfələrlə beynəlxalq müakfatlarla təltif olunub.

Amal Ameen, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Well-known Businesswoman of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR