​Ucarda ağır qəza baş verdi - FOTO

Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mətbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Qazıqumlaq kəndində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan "Land Rover" markalı minik avtomobili qəlfətən idarəetməni itirərək aşıb. Nəticədə sərnişinlər - Bərdə sakini, 1985-ci il təvəllüdlü Əsgərova Könül Zabil qızı və Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Şıxəliyeva Tamella Rəsul qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR