Qırğızıstanlı enerji terapevti Laura Omuraliyeva The Globe Galada - FOTO

Meditasiya mənəvi rahatlığa qovuşmağın qədim üslubudur. Bu üslub müasir psixoterapiyada da çox istifadə edilir. Çünki müasir insanın bədən rahatlanması, dincəlmə, stressdən azad olma, lazımsız həyəcan və düşüncələrdən təmizlənməyə daha çox ehtiyacı var. Daxili harmoniyanı sabitləyən meditasiya bu işin mütəxəssisləri tərəfindən həyata keçirilməlidir.

Bu sahədə işinin peşəkarlarından biri də 15 illik təcrübəyə malik enerji terapevti Laura Omuraliyevadır.

Qırğızıstanlı ictimai xadim, noosferik inkişaf üzrə ekspert, potensialın açılması üzrə mentor, Earth Future fondunun təsisçisi Laura Omuraliyeva Beynəlxalq Erickson Coaching Universitetini bitirib. O, hazırda Avropa Təbiət Elmləri və Distant Tədris İnstitutunun magistratura tələbəsidir. 15 ildən artıq müddətdə enerji terapevti olan Laura Omuraliyeva rəng terapiyası, çakra və aura korreksiyası üzrə peşəkar mütəxəssisdir.

Çoxillik səmərəli fəaliyyəti nəticəsində dünyanın bir sıra ölkələrində rəğbət qazanan Laura 2015-ci ildən etibarən bu sahədə kurs və seminarlar təşkil edir.

Leninqradda Qadın Rifah Akademiyasını təsis edən Laura Omuraliyeva eyni zamanda “Mandala of Women's Transformations” klubunun françayzeridir. Peşəkarlığı ilə Maldiv adaları, İtaliya, Türkiyə, Vyetnam, Hindistan kimi ölkələrdə adından söz etdirən mütəxəssis “Мандала 12 качеств женщины”, “Мандала Чакры”, “Как купить жакет от Chanel без суеты” kitablarının müəllifidir.

Laura Omuraliyeva, 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Innovative Mentor of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR