Yasamalda dəhşətli qəza: Sürücü TIR-a çırpıldı

Gecə saatlarında Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, qəza Yasamal rayonunda qeydə alınıb.

Hadisə zamanı Asim Asiman oğlu Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobil dairəvi yolda idarəetməni itirərək, əks istiqamətli hərəkət hissəsinə çıxaraq öz yolu ilə hərəkətdə olan İrana məxsus TIR-a çırpılıb.

Nəticədə “Chevrolet”in sürücüsü Asim Asiman oğlu Əliyev və həmin avtomobildə olan sərnişin Ruslan Maşallah oğlu Mikayılov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR