Xəbər verdiyimiz kimi, Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində saxlanılıb.
Metbuat.az Qafqazinfo-ya istinadən 1 yaş 4 aylıq uşağının qətlində şübhəli bilinən şəxsin fotolarını təqdim edir.
Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Ahmet Turan Yeşil prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.