"Barselona"da Xavi hərəkatı - Qərar verilib

"Barselona" rəhbərliyi mövsümün sonunda komandadan ayrılacağını açıqlayan baş məşqçi Xavi Hernandezi klubda saxlamaq istəyir.

Metbuat.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan "Barselona"nın vitse-prezidenti Rafa Yuste bildirib ki, klub onunla işləməkdə maraqldır. "Ümid edirəm Xavi burada davam edəcək. Onunla 1-2 mövsüm yox, uzunmüddətli bir layihə düşünürük. Xavini razı salmağa çalışacağıq, amma qərar hələ də qüvvədədir” - Rafa Yuste deyib.

Xavini rəhbərlik olaraq təqdir etdiklərini ifadə edən Yuste, "Xavi artıq bizim nə istədiyimizi bilir. Mən bildiyim ən yaxşı işi edəcəyəm və onu razı salmağa çalışacağam. Lamine Yamal və Pau Cubarsi kimi gənc oyunçulara şans verdiyi üçün onu təbrik edirik. Bu, bizim üçün böyük bir işdir” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR