​ASALA Paşinyanı hədəfə aldı? - Erməni lobbisi Nikoldan üz döndərir / VİDEO

Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında ASALA dəstəkçilərinin də Paşinyana qarşı hərəkətə keçməsi mövzusu diqqətə çatdırıb.

Metbuat.az-ın məlumatına görə, Rövşən Məmmədov qeyd edib ki, Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri, ASALA terror təşkilatının əsas dəstəkçisi olan Murad Papazyan Paşinyan hakimiyyətinin səhvlərindən danışıb. Papazyan bildirir ki, Fransa prezidenti, baş nazir, bütün dövlət aparatı ermənilər və Ermənistan məsələsində, o cümlədən, Qarabağda erməni maraqları məsələsində yekdildirlər.

“Beləliklə, bir daha aydın olur ki, Makron başda olmaqla Fransanın dövlət aparatı Azərbaycana qarşı məkrli planlar qurur və radikal ermənilər hesabına həmin planları həyata keçirməyə cəhd göstərir. Son günlər hay ordusunun silahlandırılması ətrafında yaradılan ajiotaj da bu planlara xidmət edir ”, - deyə Rövşən Məmmədov şərh edib. Ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR