6 aylıq erməni körpə öldü

6 aylıq erməni körpə öldü
18:16 19 Yanvar 2015
140 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə yaralanmış 6 aylıq Seryoja Avetisyan ölüb.

ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan Səhiyyə Nazirliyi xəbər yayıb.

Bir müddət əvvəl uşağın vəziyyətinin ağciyər, ürək və böyrək çatışmazlığı səbəbindən son dərəcə ağır olduğu xəbəri yayılmışdı.

Bir saat əvvəl uşağın bioloji ölümü təsdiq edilib. Yerli və xarici həkimlərin səylərinə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, yanvarın 12-də Rusiya hərbi qulluqçusu Valeri Permyakov Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib. Avtomatın gülləsi qurtardığına görə Permyakov 6 aylıq uşağı süngü ilə öldürməyə çalışıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR