Ərik təbiətin insalara bəxş etdiyi ən gözəl nemətlərdən biridir. Tərkibindəki A, B, C, E vitaminləri ilə yanaşı, həm də dəmir, kalsium, fosfor, maqnezium və lif mənbəyidir.
Metbuat.az xarici mediaya istinadən əriyin faydalarını təqdim edir:
- Ərik həzmi asanlaşdırır, toxluq hissi verir.
- Çəki idarə etməyə kömək edir və qəbizliyə yaxşı gəlir.
- Antioksidant xüsusiyyətləri ilə orqanizmi sağlam saxlayır və xəstəliklərdən qoruyur.
- Tərkibindəki yüksək kalium sayəsində ürək qoruyucu təsirə malikdir.
- Tərkibindəki kalium ürək əzələlərini qidalandırır.
- Qan təzyiqini tarazlaşdırır və təzyiqi normal səviyyədə saxlayır.
- Tərkibindəki kalsium və fosfor kimi minerallar sümük sağlamlığı üçün vacibdir.
- İmmunitet sistemini gücləndirir, diş əti problemlərinin qarşısını alır və ağız yaralarının sağalmasına kömək edir.
- Tərkibində bol dəmir olan ərik qan azlığına qarşı qoruyucu təsirə malikdir.