“ChatGPT”də hamını razı salan yenilik

“OpeanAI” şirkətinin generativ süni intellekt (Sİ) çatbotu “ChatGPT” indi qeydiyyatsız da əlçatandır.

Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.“Bu gündən qeydiyyatdan keçmədən “ChatGPT”dən dərhal istifadə edə bilərsiniz”, – “OpenAI” diqqətə çatdırıb.

Şirkət həmçinin “ChatGPT”yə göndərilən sorğular haqqında verilənlərin toplanmasının dayandırılması üçün bir seçim əlavə etdiyini açıqlayıb. O, çatbotun imkanlarını inkişaf etdirmək üçün həyata keçirilir. İndi həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçilər onu söndürə bilər.

Bundan başqa, çatbotun yaratdığı məzmunlarla bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, buraya həm də əngəllənməli kontentlərin siyahısının genişləndirilməsi aiddir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR