Dövlət Agentliyinin “YouTube” kanalı hakerlər tərəfindən ələ keçirildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun feysbuk hesabında bildirilib.

İzləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunur. Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi “YouTube” kanalının bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı