​“Barselona”dan 1 milyardlıq imza - İstedadlı futbolçunu əldən vermədilər

“Barselona”da aşağı yaş qruplarından əsas komandaya yüksələn Pau Cubarsi etimadı doğruldub.

Metbuat.az xəbər verir ki, “Barselona” bir sıra klubların istədiyi müdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir. Bildirilir ki, "Barselona" yeni müqavilədə gənc müdafiəçinin sərbəst qalma məbləğini 1 milyard avro müəyyən edəcək. Məlumata görə, İspaniya milisində oynamağa başlayan Kubarsinin “Barselona” ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Pau Cubarsi ilə Avropanın aparıcı klublarının maraqlandığı deyilir. Ona bir sıra təkliflərin gəldiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR