Juninyo və Zubirdən sonra ona da yol göründü - FOTO

“Qarabağ”da forma geyinən əlcəzairli futbolçu Yassin Benzia yenidən Fransada oynaya bilər.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, Fransa klubları son zamanlar performansı ilə diqqət çəkən 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanırlar.

Bildirilir ki, qarşıdakı transfer pəncərəsində klublar onun keçidi üçün “Qarabağ”la görüşməyi planlaşdırırlar.

Qeyd edək ki, Əlcəzair millisində oynayan Yassin Benzia Fransanın "Lion" klubunun yetirməsidir. O, Türkiyədə "Fənərbağça" forması da geyinib. Onun "Qarabağ"la müqaviləsi 2025-ci ildə sona çatacaq.

Xatırladaq ki, "Qarabağ"ın digər futbolçusu Juninyo "Beşiktaş"ın diqqətindədir. Türk mediasına görə, klubun prezidenti Bakıya gələrək "Qarabağ"ın prezidenti ilə keçidlə bağlı görüş keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR