AFFA-nın yeni vitse-prezidentləri bəlli oldu

AFFA-nın yeni vitse-prezidentləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra qurumun rəhbəri Rövşən Nəcəf vitse-prezidentlərin adlarını açıqlayıb.

Sərxan Hacıyev icraçı vitse-prezident, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezident təyin olunublar.

Sərxan Hacıyev eyni zamanda icraçı baş katib vəzifəsini icra edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR