Kendal Frayer "The Globe Gala"da təltif edildi - FOTO

Tanınmış amerikalı lifestyle influencer, uğurlu işgüzar xanım Kendal Frayer beynəlxalq mükafatlandırma mərasimində seçilənlərdən oldu.

Harvard Biznes Məktəbində təhsilini davam etdirən işgüzar xanımın çoxşaxəli unikal perspektivi onu bu gün biznes və düşüncə liderləri, məşhurların əvəzolunmaz məsləhətçisi edib.

Kendal Frayerin təsis etdiyi Socialighting LLC şirkəti mühüm biznes təşəbbüsləri və investisiyalarını özündə birləşdirir.

Müasir şərtlərdə networking və brendinq uğurun açarıdır. O, beynəlxalq səviyyədə musiqiçilər, idman məşhurları, idarəçilər və düşüncə liderləri ilə işləyib, onlara öz brendlərini qurmaqda, işgüzar əməkdaşlıqları genişləndirməkdə kömək edir.

Forbes Beynəlxalq 30/50 Sammitdə dünya üzrə nüfuzlu iş insanları və reformerlərlə bir araya gələn Kendal Frayer, son olaraq 19 Mart 2024-cü il tarixində beynəlxalq “The Globe Gala” layihəsində ilin “The Successful Lifestyle Influencer of The Year” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR