“Təhdid yaranarsa,“Akıncı” Azərbaycana gələ bilər” - General

“Bir zamanlar başqa dövlətlərin oyuncağı olan Ermənistan indi də Fransa başda olmaqla Qərbin, ABŞ-nin maşası olmağa davam edir. Onların məqsədi ABŞ-ni həm siyasi, həm də hərbi cəhətdən Cənubi Qafqaza gətirməkdir”.

Bu fikirləri Metbuat.az-a ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib. O qeyd edib ki, Avropa çox yaxşı bilir ki, üçüncü dünya müharibəsinə gedilən yolda Qafqazın sakit olması, vəziyyətin onların xeyrinə həllinə maneə olacaq:

“Ermənistan terror dövləti olduğunu bir daha sübut etdi” -

“Bildiyiniz kimi, aprelin 1-də Ermənistana ABŞ-dan bir qrup təlimatçı gəlib. Onlar Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində ölkəyə səfər ediblər.

Təlimatçılar aprelin 1-dən 5-dək Ermənistanda olacaqlar. ABŞ açıq-aşkar Ermənistanda hərbi varlığını qorumaq, burada baza formalaşdırmaq üçün əlindən gələni edir. Əvvəlcə Avropa missiyasının, daha sonra Fransanın da köməyi ilə “bir daşla üç quş vurmaq” məntiqinə əsasən Cənubi Qafqaza nüfuz etmək istəyirər. Bu da həm Rusiya, həm İran, həm Türkiyə, həm də Azərbaycanı təhdid edən vəziyyətdir. Düşünürəm ki, Rusiya ilə Qərb qüvvələri arasında gərginlik yaşansın. Hesab edirəm ki, vəziyyət belə davam edərsə, Ermənistanı da Ukraynanın taleyi gözləyir”.

Yücel Karauz xüsusilə vurğuladı ki, əgər Ermənistandan Azərbaycanın ərazi bütövlüyünü təhdid edəcək vəziyyət yaranarsa, bir “F -16”nın, bir “Akıncı”nın Azərbaycana gəlməsi bir saat ərzində mümkün olacaq:

“Türkiyə-Azərbaycan əlaqələri tarixi, mədəni, siyasi, hərbi anlamda dərin köklərə malikdir. Birlikdə imzalan “Şuşa Bəyannaməsi” hər iki ölkənin təhlükəsizliyinə qarantdır. Əgər Ermənistan xarici qüvvələrin təsiri ilə ərazisində hərbi bazalar yaratmağa can atarsa, Azərbaycana qarşı təhlükə formalaşarsa, Türkiyənin hərbi bazası da Azərbaycanda yaradıla bilər. Bu, hərbi mənadan daha çox siyasi bayraq göstərmək məntiqini daşıyır. Hal-hazırda belə bir addıma ehtiyac olmasa da, bu gələcəkdə mümkün olacaq ehtimallardan biridir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR