Türkiyədə yanğın - Ölən və yaralananlar var

İstanbulun Şişli rayonunda 13 mərtəbəli binada yanğın hadisəsi baş verib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Posta küçəsində olub.

Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin hansı səbəbdən baş verməsi hələki məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR