“Ginnes” nümayəndələri Vüsal üçün Azərbaycana gəldi: Böyük uğur - FOTO

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordunu qırıb.

Metbuat.az xəbər verir ki, o, bunun üçün müxtəlif hərəkətlərdə gücünü sınayıb.

İdmançı ilk olaraq şüşə qırıntıları üzərinə çıxaraq bıçaqdan asılı olan 33 kiloqram ağırlığında çəki daşlarını qaldırıb. Sonra pəhləvan ağzında iti bıçağın kəsici tərəfi ilə avtomobili dartıb. Bununla da V.Cavadov yeni dünya rekorduna imza atıb.

“Ginnes” rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri prosesi qeydə aldıqdan sonra təsdiqləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR