Türkan Şorayı kinoya gətirən məşhur rejissor öldü - FOTO

Türkiyənin məşhur rejissor və prodüseri Türker İnanoğlu vəfat edib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "Bay sinema" ləqəbli 87 yaşlı rejissorun ölümü ilə bağlı məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial mediada paylaşıb. O, səhhətində yaranan ani problem səbəbindən xəstəxanaya çatdırılıb və orada dünyasını dəyişib.

Qeyd edək ki, Türker İnanoğlu 1960-ci illərdən başlayaraq onlarla məşhur türk filminin prodüser və rejissoru olub. O, 1994-cü ildə Türkiyənin ilk özəl televiziya kanallarından olan ATV-ni yaradıb.

Türkiyənin film ikonalarından olan aktrisa Türkan Şorayı da kinoya məhz Türker İnanoğlu gətirib. O həmçinin "Yeşilcam" filmlərinin unudulmaz aktrisaları Filiz Akın və Gülşen Bubikoğlu ilə ailə həyatı yaşamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR